Əsas Səhifə > Hadisə > Gəncədə avtomobil 76 yaşlı piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil 76 yaşlı piyadanı vuraraq öldürüb


31-03-2025, 11:08


Gəncədə avtomobil 76 yaşlı piyadanı vuraraq öldürüb.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 1949-cu il təvəllüdlü Yunis İsayevi avtomobil vurub.

Xəstəxanaya çatdırılan ağır yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt