Əsas Səhifə > Hadisə > Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb
Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb31-03-2025, 10:36 |
Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb. Şəffaflıq.az Geri qayıt |