Əsas Səhifə > İdman > "Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"

"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"


29-03-2025, 18:28


“Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı".

"Report"un məlumatına görə, bunu "Ordu"nun basketbolçusu Rüstəm Əliyev deyib.

Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb:

"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı.

R.Əliyev özü də zədəsini tam sağaltmadığını söyləyib: "Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".

Qeyd edək ki, "Ordu" 19 turdan sonra B qrupunda 31 xalla üçüncü pillədə qərarlaşıb.

Şəffaflıq.az


Geri qayıt