Əsas Səhifə > SİYASƏT > Türkiyə Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib29-03-2025, 18:18 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli Prezident, Əziz Qardaşım. Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm. İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm. Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram". Geri qayıt |