Əsas Səhifə > XARİCİ XƏBƏR > Vasitəçilər HƏMAS və İsraillə Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər

Vasitəçilər HƏMAS və İsraillə Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər


29-03-2025, 18:10


Qətər və Misir Qəzza zolağında beş İsrail girovunun azad edilməsini və 50 günlük atəşkəsi nəzərdə tutan yeni atəşkəs müqaviləsi bağlamaq üçün HƏMAS və İsraillə məsləhətləşmələr aparır.

Şəffaflıq.azTASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

"Misir və Qətər nümayəndə heyətləri İd əl-Fitr bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparır", - kanalın həmsöhbətləri bildirib.

Onların məlumatına görə, yeni təklif beş girovun bir sıra fələstinli məhbuslarla mübadiləsi və 50 günlük atəşkəs nəzərdə tutur.


Geri qayıt