Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi bu gün Türkiyə yığması ilə qarşılaşacaq
Azərbaycan millisi bu gün Türkiyə yığması ilə qarşılaşacaq29-03-2025, 09:45 |
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyə ilə üz-üzə gələcək. Şəffaflıq.az-ın məlumatına görə, Xorvatiyada təşkil olunacaq VII qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qarşılaşma Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq. Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3. Geri qayıt |