Əsas Səhifə > FUTBOL > "Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.
"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.29-03-2025, 09:35 |
"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək. Şəffaflıq.az-ın məlumatına görə, XXVIII turun oyunu saat 16:45-də start götürəcək. "Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb. Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır. Misli Premyer Liqası, IV dövrə XXVIII tur Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Geri qayıt |