Əsas Səhifə > XARİCİ XƏBƏR > Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dorival Junior tutduğu vəzifədən azad edilib.
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dorival Junior tutduğu vəzifədən azad edilib.29-03-2025, 09:11 |
Argentinaya məğlubiyyətdən sonra Braziliya millisinin baş məşqçisi istefaya göndərilib Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti xəbər yayıb. “Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzləyicisini axtaracaq”, - məlumatda deyilir. Juniorun qovulması 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya qarşı böyük hesablı (1:4) məğlubiyyəti ilə üst-üstə düşüb. Braziliya hazırda liqa cədvəlində dördüncü yerdədir. Qeyd edək ki, 62 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 8-də imzalanıb və müddəti 2026-cı il dekabrın 31-nə kimi olub. Geri qayıt |