Əsas Səhifə > FUTBOL > "Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq
"Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq28-03-2025, 23:55 |
Misli Premyer Liqasının XXVIII turunda üz-üzə gələcək "Turan Tovuz" və "Qarabağ" komandalarının oyunu təyin olunmuş vaxtdan gec başlayacaq. "Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, Ramazan ayı ilə əlaqədar qarşılaşma 5 dəqiqə gec start götürəcək. Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşün saat 19:30-da başlaması nəzərdə tutulmuşdu. Şəffaflıq.az Geri qayıt |