Əsas Səhifə > Dünya > Bidzina İvanişvili hakim komandaya töhmət verdi
Bidzina İvanişvili hakim komandaya töhmət verdi6-01-2019, 15:38 |
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili marixuananın ixrac məqsədilə becərilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdən geri çağırılması ilə bağlı narazılığını bildirib. Report xəbər verir ki, bu barədə yerli media mənbəyə istinadla məlumat yayıb. Məlumata əsasən, B.İvanişvili ciddi narazılığını ötən gün hakim partiyanın qərargahında keçirilən görüşdə ifadə edərək hakim komandaya töhmət verib. Partiya sədri qanun layihəsi üzərində iki ildən çox müddətdə iş aparıldığını və sənədin parlamentdən geri çağırılması nəticəsində Gürcüstanın külli miqdarda pul itirdiyini bildirib. O qeyd edib ki, hakim partiya məsələnin ictimaiyyətə düzgün çatdırılması üçün daha böyük məsuliyyət göstərməli idi. Qeyd edək ki, Gürcüstan hökuməti marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsini ötən ilin noyabrında parlamentdən geri götürüb. Bu, ötən il oktyabrın 28-də ölkədə keçirilmiş prezident seçkilərinin birinci turundan sonra baş verib. Sənəd Gürcüstan Patriarxlığı, müxtəlif dini icmalar və ictimaiyyətin böyük hissəsi tərəfindən ciddi narazılıqla qarşılanıb. Geri qayıt |