Əsas Səhifə > FUTBOL > Braziliya yığması son 11 ildə ilk dəfə rəsmi oyunda qapısından 4 qol buraxıb

Braziliya yığması son 11 ildə ilk dəfə rəsmi oyunda qapısından 4 qol buraxıb


26-03-2025, 12:06


Braziliya yığması son 11 ildə ilk dəfə rəsmi oyunda qapısından 4 qol buraxıb.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina ilə matçda reallaşıb.

Buenos-Ayresdə baş tutan görüş Argentina yığmasının 4:1 hesablı qələbəsi ilə nəticələnib. Braziliya sonuncu dəfə 2014-cü ildə keçirilən dünya çempionatında qapısından 4 və daha çox qol buraxmışdı. Komanda mündialın yarımfinalında Almaniya yığmasına 1:7 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, "sambaçılar" hazırda turnir cədvəlində 21 xalla dördüncü yerdə qərarlaşıb. Argentina isə 31 xalla liderdir.

Şəffaflıq.az


Geri qayıt