Əsas Səhifə > FUTBOL > Braziliyanı məğlub edən (Argentina millisi iki tarixi rekorda imza atıb.
Braziliyanı məğlub edən (Argentina millisi iki tarixi rekorda imza atıb.26-03-2025, 11:41 |
DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində öz meydanında Braziliyanı məğlub edən (4:1) Argentina millisi iki tarixi rekorda imza atıb. Şəffaflıq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Argentina Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliyaya hər iki matçda qalib gələn (4:1, 1:0) ilk komanda olub. Bundan əlavə, "tanqoçular" dünya çempionatının seçmə mərhələlərində Braziliyaya 4 qol vuran ilk rəqib ünvanına yiyələnib. Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir. Geri qayıt |