Əsas Səhifə > XARİCİ XƏBƏR > Putin Lukaşenkonu Trampla söhbəti barədə məlumatlandırıb
Putin Lukaşenkonu Trampla söhbəti barədə məlumatlandırıb20-03-2025, 23:47 |
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı ona Amerika lideri Donald Trampla söhbətinin təfərrüatları, o cümlədən Ukraynadakı vəziyyət barədə məlumat verib. Bu barədə “Report” Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd olunub ki, tərəflər Belarus-Rusiya münasibətlərinin inkişafını, ölkələr arasında inteqrasiya məsələlərini, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər. Belarusun 2025-ci ildə Aİİ-yə sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Şəffaflıq.az Geri qayıt |