Əsas Səhifə > Dünya > Putinin qiyamət günü silahı: SÜRƏTİ İLK DƏFƏ AÇIQLANDI
Putinin qiyamət günü silahı: SÜRƏTİ İLK DƏFƏ AÇIQLANDI6-01-2019, 15:36 |
![]() Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı “Poseidon”un maksimal sürəti məlum olub. Bu haqda Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə TASS-a bildirib. Həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha “Poseidon” adı verilmişdi. ![]() Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, “Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona “qiyamət günü silahı” adı veriblər. Çünki nüvə başlığı ilə təchiz edilmiş “Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq. TASS-a məlumat verən mənbə bildirib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra “Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava “buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib./virtualaz.org/ Geri qayıt |