Əsas Səhifə > Hadisə > I Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn olunub
I Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn olunub19-03-2025, 15:49 |
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi Göyçay rayonunun Mırtı kəndində dəfn edilib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, dəfn mərasimi zamanı Hərbi Orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib və yaylım atəşi açılıb. Mərasimdə kənd sakinləri, şəhidin doğmaları, qazilər, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd camaatı iştirak ediblər. Şəhidin ruhuna dualar oxunduqdan sonra onun nəşi torpağa tapşırılıb. Geri qayıt |