Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Zelenski bu gün Trampla Ukraynada nizamlanma üzrə gələcək addımları müzakirə edəcək
Zelenski bu gün Trampla Ukraynada nizamlanma üzrə gələcək addımları müzakirə edəcək19-03-2025, 15:48 |
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq. Şəffaflıq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. "Bu gün Prezident Trampla təmasda olacağam. Düşünürəm ki, biz onunla gələcək addımların təfərrüatlarını müzakirə edəcəyik. Hesab edirəm ki, komandalarımız arasında həqiqətən yaxşı görüş olub", - o qeyd edib. V.Zelenskinin sözlərinə görə, onlar Trampla Ukraynada müharibənin nizamlanması üzrə növbəti addımların təfərrüatlarını müzakirə edəcəklər. Qeyd edək ki, dünən Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Dövlət başçısı əlavə edib ki, həmçinin Trampdan onun Putinlə söhbətinin təfərrüatlarını da eşitməyi gözləyir. Geri qayıt |