Əsas Səhifə > EKOLOGİYA > Şahdağda qar yağır - FAKTİKİ HAVA
Şahdağda qar yağır - FAKTİKİ HAVA19-03-2025, 15:44 |
Saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib. Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur. Geri qayıt |