Əsas Səhifə > İnfrastruktur > RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək


19-03-2025, 11:08


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Bu barədə nazirlikdən bildirilib.

Bununla bağlı RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Şəffaflıq.az


Geri qayıt