Əsas Səhifə > Dünya > General hər an dəhşətli müharibəyə başlaya bilər - Ordu hazır vəziyyətə gətirildi
General hər an dəhşətli müharibəyə başlaya bilər - Ordu hazır vəziyyətə gətirildi14-01-2020, 21:59 |
Liviya Milli Ordusunun rəhbəri, inqilabçı general Xəlifə Haftar qüvvələrini paytaxt Tripolinin cənubunda toplayır. Şəffaflıq.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Liviya Milli Barışıq Hərəkatına yaxın mənbələr məlumat yayıb. Hərbi qaynaqlar bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri zirehli avtomobil və topların Haftarın əsas qərargahı olan Tərhunəyə çatıb. Qeyd edək ki, Moskvada Türkiyə və Rusiyanın diplomatik vasitəçiliyi ilə atəşkəs rejiminin təmin edilməsi üçün mətn hazırlanmışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Liviya Milli Barışıq Hərəkatının Baş naziri Faiz əs-Sərrac mətni imzalamışdı. Lakin Haftar imza atmadan Rusiyanın hüdudlarını tərk etmişdi. Geri qayıt |