Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqləyib

ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqləyib


18-03-2025, 10:54


ABŞ Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, hər şey əvvəlki kimi davam edir.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə məlumat yayılmışdı.


Geri qayıt