Əsas Səhifə > İnfrastruktur > Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək
Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək17-03-2025, 15:32 |
Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib. "Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 mm-lik platforma sərnişinlərin istifadəsinə verilib, Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb", - deyə o qeyd edib. Dəmir yolu rəsmisi qeyd edib ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır: "Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib". Geri qayıt |