Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Yanvarda qeydə alınan nikah və boşanmaların sayı məlum olub
Yanvarda qeydə alınan nikah və boşanmaların sayı məlum olub17-03-2025, 15:12 |
Yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma halları qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb. Geri qayıt |