Əsas Səhifə > Hadisə > Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb
Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb14-03-2025, 16:31 |
Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür. Əlavə məlumat veriləcək. Şəffaflıq.az Geri qayıt |