Əsas Səhifə > Redaktor seçimi / Cəmiyyət > Hacı İsmayıl Manafov: Xalqına, millətinə, dövlətinə böyük sevgi bəsləyən ziyalı.-
Hacı İsmayıl Manafov: Xalqına, millətinə, dövlətinə böyük sevgi bəsləyən ziyalı.-14-01-2020, 02:50 |
![]() Şamaxı rayonundan Tanınmış Ziyalı Hacı İsmayıl Manafov da məhz belə bir insandır. Onu daha yaxından tanıyaq: Manafov Ismayıl Ağaismayıl oğlu 19 aprel 1953-ci il Şamaxı rayonunun Birinci Çaylı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O,1960-1968-cı ildə Çaylı kənd səkkizillik məktəbini əla qiymətlərlə bitirıb. 1968-ci ildə Göylər kənd orta məktəbinə daxil olub və 1970-ci ildə həmin məktəbi bitirib. 1970-1971- ci illərdə Xaqani adına üzümçülük sovxozunda fəhlə işləyib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakultəsinin qiyabi şöbəsinə daxil olub və 1980- ci ildə universiteti bitirərək ali təhsilli kiçik elmi işçi və ya coğrafiya müəllimi ixtisasına yiyələnmişdir 1971-1972- ci illərdə Çaylı kənd orta məktəbində pioneer baş dəstə rəhbəri işləyib. 1972-1974-ci illərdə Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olub. 1974-1976-cı illərdə Çaylı kənd orta məktəbində laborant, 1976-1986-cı illərdə Çaylı kənd orta məktəbində coğrafiya müəllimi, 1986-1993-cü illərdə Çaylı kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, 1993-1994-ci illərdə Çaylı kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində işləyib. 1994-1997-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. ![]() 1997-2012-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri,(14.08.2012. bu vəzifənin adı dəyişdirilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi adlanıb) 2012-2016-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsində baş məsləhətçi, 2016-cı ildən hal-hazıra kimi Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsində işləmiş, ![]() 01 avqust 2019-cu il tarixdən isə dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır 2005-2012-ci illərdə RİH başcısı yanında Şuranın üzvü olub. O,1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2007-ci ildən isə YAP-ın Şamaxı rayon təşkilat Şurasının üzvü olmuşdur. 2017-ci ildən isə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür. Əmək fəaliyyəti dövründə 1987-1992-ci illərdə Göylər və Çaylı kənd XDS-nin deputatı olmuş,1985-ci ildə “Metodist müəllim” adına layiq gorülmüş,1992-ci ildərespublika coğrafiya müəllimləri arasında keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998- ci ildə Ümummilli lider Heydər Əliyevin razılığı ilə Səudiyyə Ərəbistanının mərhum kralı “İki müqəddəs şəhərin-Məkkə və Mədinənin xadimi” Fəhd Əbdül Əziz İbn Əl-Səudin dəvəti ilə həcc ziyarətində olmuşdur. 2003-ci ildən birinci dərəcəli Dövlət qulluqçusudur. Hacı İsmayıl Manafov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyun 2011-ci ilin tarixli sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. ![]() Hazırda Şamaxı şəhərində yaşayır. Ailəlidir, üç övladı, on nəvəsi və bir nəticəsi vardır. Dəyərli ziyalımıza uzun ömür sağlam can sağlığı arzulayıq, Baş Redaktor: Vahid İsmayılov Şəffaflıq.az Geri qayıt |