Əsas Səhifə > Hadisə > DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub
DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub14-03-2025, 11:00 |
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |