Əsas Səhifə > Hadisə > Şamaxıda ağır yol qəzası baş verib, iki nəfər ölüb
Şamaxıda ağır yol qəzası baş verib, iki nəfər ölüb13-03-2025, 15:32 |
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub. Şəffaflıq.az xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb. "Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Geri qayıt |