Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yunanıstanın yeni prezidenti and içib
Yunanıstanın yeni prezidenti and içib13-03-2025, 15:29 |
Yunanıstan parlamentinin keçmiş sədri Konstaninos Tasulas prezident vəzifəsinə başlayıb, Katerina Sakellaropulunu əvəz edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb. Fevralda Yunanıstan parlamenti K.Tasulası respublikanın yeni prezidenti seçib. Səsvermənin dördüncü turunda o, 160 səs toplayıb. Səsvermədə parlamentin 300 üzvündən 276-sı iştirak edib. Seçilmək üçün namizədə 151 səs lazım idi. Tasulasa hakim mühafizəkar "Yeni Demokratiya" partiyasından olan 156 deputat, həmçinin keçmiş baş nazir Antonis Samaras və üç müstəqil deputat səs verib. Geri qayıt |