Əsas Səhifə > REGİON > Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq
Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq12-03-2025, 14:52 |
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah danışıqlar aparacaqlar. Şəffaflıq.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Görüş A.Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq. "Bu, Lukaşenkonun Belarus dövlətinin başçısı vəzifəsinə yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq", - məlumatda bildirilib. İki ölkənin liderləri inteqrasiya perspektivlərini və aktual beynəlxalq məsələləri, həmçinin beynəlxalq gündəliyin aktual mövzularını müzakirə edəcəklər. Danışıqların yekunları üzrə bir neçə birgə sənəd imzalanacaq. Geri qayıt |