Əsas Səhifə > Gündəm > Fəttah Heydərovun namizədliyi qeydə alındı
Fəttah Heydərovun namizədliyi qeydə alındı13-01-2020, 16:45 |
Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub. Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır. 81 yaşlı F.Heydərovun yaşlı namizəddir. F. Heydərovdan sonra 78 yaşlı, 23 saylı Nəsimi- Səbail Seçki Dairəsindən namizəd olan Ziyad Səmədzadə gəlir.
Geri qayıt |