Əsas Səhifə > Hadisə > Xəzər dənizi ilə Azərbaycana narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb
Xəzər dənizi ilə Azərbaycana narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb11-03-2025, 12:57 |
Xəzər dənizi vasitəsi ilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Geri qayıt |