Əsas Səhifə > REGİON > Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum edib

Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum edib


10-03-2025, 11:51


İki Britaniya diplomatı kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiyada akkreditasiyadan məhrum edilib. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli KİV Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Onlara iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

Bildirilib ki, səfirliyin ikinci katibi Alkeş Odedra və diplomatik missiyanın siyasi şöbəsinin birinci katibinin həyat yoldaşı Maykl Skinner "Rusiyanın təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat-təxribat fəaliyyəti" ilə məşğul olublar.


Geri qayıt