Əsas Səhifə > Hadisə > Gəncədə mağazadan terminal oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Gəncədə mağazadan terminal oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb10-03-2025, 09:41 |
Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |