Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək

NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək


5-03-2025, 14:11


Aprelin 3-4-də Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"NATO xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə görüşəcəklər. İclasa NATO-nun baş katibi Mark Rütte sədrlik edəcək", - mətbuat xidmətindən bildirilib.

Danışıqların gündəliyi hələ açıqlanmayıb.


Geri qayıt