Əsas Səhifə > SİYASƏT > Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər5-03-2025, 12:18 |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar. Bununla yanaşı, digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb. Geri qayıt |