Əsas Səhifə > EKOLOGİYA > FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar vətəndaşlara müraciət edib
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar vətəndaşlara müraciət edib5-03-2025, 12:02 |
Fövqəladə Hallar Nazirliyi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar vətəndaşlara müraciət edib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi fonunda havanın temperaturunun tədricən yüksəlməsi bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsini yaradır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır. Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin. Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Şəffaflıq.az Geri qayıt |