Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov və Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib

Kəmaləddin Heydərov və Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib


5-03-2025, 11:39


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib.

Qeyd edək ki, martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub. 

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Şəffaflıq.az


Geri qayıt