Əsas Səhifə > SİYASƏT > Azərbaycan Serbiya ilə investisiya qoyuluşlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan Serbiya ilə investisiya qoyuluşlarında əməkdaşlığı müzakirə edib


Bu gün, 15:05


Azərbaycan və Serbiya arasında investisiya qoyuluşlarında əməkdaşlıq müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

"Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib. 


Geri qayıt