Əsas Səhifə > İnfrastruktur > Azərbaycan və Gürcüstan fitinq platformalarının istifadəsi üçün tarifləri azaltmaqla bağlı Qazaxıstana müraciət edib
Azərbaycan və Gürcüstan fitinq platformalarının istifadəsi üçün tarifləri azaltmaqla bağlı Qazaxıstana müraciət edibBu gün, 13:01 |
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolu" ASC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Azərbaycan və Gürcüstan ərazilərində inventar parkının fitinq platformalarından istifadə üçün müəyyən edilmiş tarifin 30 % azaldılması və Qazaxıstan ərazisində bu rüsumların tam ləğv edilməsi təklifi ilə "Qazaxıstan Dəmir Yolları" SC-yə (KTJ) müraciət edib. “Report” xəbər verir ki, bu barədə TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov assosiasiyanın Bakıda keçirilən iclasında məlumat verib. "TBNM-in inkişafı üzrə işçi qrupunun 3 mart 2025-ci il tarixli iclasında KTJ marşrutla hərəkət etmək üçün vaqon parkının (fitinq platformalarının) yaradılması barədə məlumat təqdim edib. Bununla əlaqədar olaraq ADY KTJ-yə Azərbaycan və Gürcüstan ərazilərində istismar üçün inventar parkından fitinq platformalarının təqdim edilməsi xahişi ilə müraciət edib", - Q.Abdikərimov bildirib. O əlavə edib ki, marşrutla daşınma xərclərinin artmasının qarşısını almaq məqsədilə tərəflər Azərbaycan və Gürcüstan əraziləri üçün tarifin 30 % azaldılmasını və Qazaxıstan üçün tam ləğv edilməsini təklif ediblər. Geri qayıt |