Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılıb.-

Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılıb.-


12-01-2020, 12:58

 Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 39 seçki məntəqəsi üzrə nəticələr etibarsız sayılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair qərarında bildirilib.
Bundan əlavə 9 bələdiyyədə seçkinin nəticələri ləğv edilib, 12 məntəqə seçki komissiyası buraxılıb.
Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 1606 bələdiyyə üzrə seçkilər keçirilib. Seçkilərdə 41462 namizəd iştirak edib. Bələdiyyə seçkilərində ölkə üzə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.
 
Geri qayıt