Əsas Səhifə > SİYASƏT > Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıbDünən, 12:20 |
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb. "Report" xəbər verir ki, Baş nazir Oljas Bektenov martın 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb. Geri qayıt |