Əsas Səhifə > Hadisə > Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək


Dünən, 12:03


Ədliyyə naziri Fərid Əhmədov martın 14-də Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 mart tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 24-244-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər 

portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


Geri qayıt