Əsas Səhifə > MILLI MƏCLİS > Ombudsman insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanmasını təklif edib

Ombudsman insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanmasını təklif edib


Dünən, 11:11


Ombudsman insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanması və qəbul olunmasını təklif edib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində qeyd olunub. 

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) hesab edir ki, bu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması, xüsusilə əhalinin həssas qruplarının hüquq və azadlıqlarının daha effektiv təmini məqsədilə yeni prioritet istiqamətlərin müəyyən edilməsi, aidiyyəti qurumların bu sahədə fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, beynəlxalq hüquq normalarının və beynəlxalq təşkilatların tövsiyələrinin milli qanunvericiliyə implementasiyası və bununla da normativ hüquqi bazanın, habelə hüquq müdafiə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin davamlılığının təmin olunması məqsədi daşımalıdır.


Geri qayıt