Əsas Səhifə > İdman > Elis Manolova bütün rəqiblərinə qalib gələrək çempion olub.
Elis Manolova bütün rəqiblərinə qalib gələrək çempion olub.12-01-2020, 00:22 |
İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinin ikinci günü keçir. Şəffaflıq.az bildirir ki, yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medala layiq görülüblər. Yarışa yanvarın 12-də yekun vurulacaq. Turnirin sonuncu günündə qadın güləşçilərimizdən Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcəklər. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda, Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda görüşdə yarışacaqlar. Geri qayıt |