Əsas Səhifə > Cəmiyyət > Azərbaycanın dünyada tanınması - Bu gün həmin mühüm hadisədən 100 il keçir...
Azərbaycanın dünyada tanınması - Bu gün həmin mühüm hadisədən 100 il keçir...11-01-2020, 23:43 |
![]() Nəsiman Yaqubıu Tarix elmləri doktoru Bu gün tariximizin ən mühüm günlərindən biridir-Azərbaycan Cümhuriyyətinin dünyaya tanıdılması günüdür.Bu münasibətlə Cümhuriyyət qurucularının bəzi fikirlərini oxucuların diqqətinə çatdırıram Ə.M.Topçubaşovun fəaliyyəti ![]() Qarşımızda yalnız bir yol var − bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir. Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə Heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə Heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”. F.X.Xoyskinin parlamentdə çıxışı ![]() N.Yusifbəylinin Bayram tədbirində çıxışı ![]() Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. O, dedi: “Camaat, bu bayram sizin öz arzunuz nəticəsidir. İlyarım əvvəl siz azad və müstəqil olmaq istədiniz və bu ilyarımın müddətində öz dolanışığınız və rəftarınızla bütün aləmə isbat etdiniz ki, siz müstəqil bir hökumət olmağa layiqsiniz. Hətta özünüzü elə nəzərə verdiniz ki, düşmənlərimiz də bu istiqlalı təsdiq etməyə məcbur olub, bu günü təsdiq etdilər. Ola bilər ki, bizdən də mədəni, bizdən də müstəid, bizdən də əvvəl və bizdən də artıq bu istiqlalın arzusunda olanlar vardır. Lakin onlar bu səadətə nail olmamışdırlar. Sizin bu az bir vaxtda bir hökumət təşkil edib də müstəqil olmağınıza layiq və qadir olmanız, özünüz imtahan verib isbat etdiyinzdən xudavəndi-təbarəkdən sizin üçün səadətlər diləyirəm” M.Ə.Rəsulzadə mühüm tarixi hadisə haqqında ![]() M. Ə. Rəsulzadə bu münasibətlə yazırdı: “Cumhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda xalq günlərlə şadlıq nümayişləri keçirdi” Geri qayıt |