Əsas Səhifə > SİYASƏT > Bu gün Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçiriləcək
Bu gün Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçiriləcəkBu gün, 10:16 |
Bu gün Zaqrebdə Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçirilməsi nəzərdə tutulur. Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. "Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfər başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik”, - deyə o qeyd edib. Geri qayıt |