Əsas Səhifə > İdman > Lamiyə Vəliyeva: "Xatirə turnirində qızıl medal qazanmaq mənə motivasiya və məsuliyyət hissi verdi"

Lamiyə Vəliyeva: "Xatirə turnirində qızıl medal qazanmaq mənə motivasiya və məsuliyyət hissi verdi"


Dünən, 12:40


Burada iştirak etmək və qələbə qazanmaq mənə həm motivasiya, həm də məsuliyyət hissi verdi.

Bunu "Report"a açıqlamasında əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanan Azərbaycan atleti Lamiyə Vəliyeva deyib.

60 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan idmançı yarışın çox maraqlı keçdiyini bildirib:

"Memorialda qalib gəlmək mənim üçün şərəf idi. Turnir rəqabətli keçdi, rəqiblərim də çox güclü idilər. Buna baxmayaraq, özümü yaxşı hazırlamışdım və taktiki baxımdan düzgün yanaşma sayəsində qələbə qazandım".

İkiqat paralimpiya çempionu qarşıdakı hədəflərdən də söz açıb:

"Hazırda növbəti yarışlara ciddi hazırlaşıram. Hədəfim daim irəliləmək və nəticələrimi daha da yaxşılaşdırmaqdır. Əlbəttə, hər bir turnir mənim üçün yeni təcrübədir və bu yolda daha çox inkişaf etmək istəyirəm".

Şəffaflıq.az


Geri qayıt