Əsas Səhifə > SİYASƏT > Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib


Bu gün, 13:21


Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Şəffaflıq.az-ın məlumatına görə, nazir bu barədə "X" sosial media hesabında yazıb.

"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.

Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda qeyd olunub.


Geri qayıt