Əsas Səhifə > SİYASƏT > Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib26-02-2025, 12:00 |
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib. Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Geri qayıt |