Əsas Səhifə > SAĞLAMLIQ > Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır

Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır


Bu gün, 11:40


Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır.

"Report"un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, araşdırma prosesi getdiyi üçün əlavə məlumat verə bilməyəcək.

Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

“Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt