Əsas Səhifə > SİYASƏT > DYP yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edib
DYP yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edibDünən, 11:48 |
Yollarda gizli buzlanma ehtimalına qarşı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə idarə məlumat yayıb. Müraciətdə deyilib ki, müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırıb: "Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir. Geri qayıt |